Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir İlkin İzzət/
İrandan gələn Azərbaycan vətəndaşının üzərində metadon aşkar olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı Yelmar Zeynalovun üzərində şəxsi yoxlama aparılırb.
Yoxlama zamanı ondan təsiredici maddəsinin xalis çəkisi 2,68 qram olan narkotik vasitə - metadon aşkar olunub.
Qeyd edək ki, metadon məhlulu "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir.