...

Azərbaycanda 8 nəfər zəhərlənib

Hadisə Materials 8 İyul 2015 13:43 (UTC +04:00)
Azərbaycanda zəhərlənmiş 8 şəxs xəstəxanalara yerləşdirilib.
Azərbaycanda 8 nəfər zəhərlənib

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda zəhərlənmiş 8 şəxs xəstəxanalara yerləşdirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 7-də Nəsimi rayonu ərazisində yaşayan Cəlal Naibov sirkə turşusundan, Xırdalan şəhərində yaşayan Günay Əliyeva dərmandan zəhərlənmə ilə, iyulun 8-də Zaqatala rayonunun Çobankol kəndində yaşayan Mustafa Musayev, arvadı Təbrik, qızları Gülbiçə, Günel, oğlu Sirac və anası Pəri evlərində qidadan, daha dəqiqi qarpızdan zəhərlənmə ilə xəstəxanalara yerləşdirililər.

Faktlar üzrə ayrı-ayrılıqda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti