Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 20:57-də yayılıb)
Azərbaycan, Bakı, 11 sentyabr /Trend/
"Məscidül-Həram"ın genişləndirilməsi işləri zamanı qaldırıcı kranın aşması nəticəsində 87 nəfər ölüb, 183 nəfər xasarət alıb.
Trend "Əl-Cəzirə"-yə istinadən verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistan mülki müdafiə rəsmisi bildirib.
Bundan əvvəl 65 nəfərin öldüyü, 80 nəfərin xasarət aldığı bildirilirdi.
XXX
Səudiyyə Ərəbistanının Məkkə şəhərində müsəlmanların müqəddəs ziyarətgahı olan "Məscidül-Həram"ın genişləndirilməsi işləri zamanı qaldırıcı kranın aşması nəticəsində məscidin divarlarından biri dağılıb.
Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.
Hadisə nəticəsində təqribən 10 nəfərin öldüyü, 20 nəfərin xəsarət aldığı bildirilir.
Hazırda xilasedicilər və təcili tibbi yardım briqadası hadisə yerindədirlər.
Hadisəyə ilkin səbəb kimi güclü yağış yağması göstərilir.
Qeyd edək ki, hazırda Məkkədə Ümrə ziyarəti həyata keçirilir.