Azərbaycan, Bakı, 12 sentyabr /Trend/
"Məscidül-Həram"ın genişləndirilməsi işləri zamanı qaldırıcı kranın aşması nəticəsində 107 nəfər ölüb, 238 nəfər xasarət alıb.
Trend "Əl-Cəzirə"-yə istinadən verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistan mülki müdafiə rəsmisi bildirib.
Bundan əvvəl 87 nəfərin öldüyü, 183 nəfərin xasarət aldığı bildirilirdi.
Hazırda xilasedicilər və təcili tibbi yardım briqadası hadisə yerindədirlər.
Hadisəyə ilkin səbəb kimi güclü yağış yağması göstərilir.
Qeyd edək ki, hazırda Məkkədə Ümrə ziyarəti həyata keçirilir.