Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir Elmir Murad/
Qusar rayonunda vətəndaşa məxsus evdə yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Həsənqala kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 280 kv.m olan ikimərtəbəli 8 otaqdan ibarət evin 1- ci mərtəbəsində mətbəxin divarının taxta özlüyü, lambirdən ibarət tavanı və mətbəx mebeli 9 kv.m sahədə yanıb.
Hadisə yerinə gələn Yanğından Mühafizə xidmətinin əməkdaşlarının səyləri nəticəsində evin qalan hissəsini yanğından mühafizə etmək mümkün olub.