...

Abşeronda yol qəzası daha bir can aldı

Hadisə Materials 26 Oktyabr 2015 13:33 (UTC +04:00)
Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Abşeronda yol qəzası daha bir can aldı

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir Elmir Murad/

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə daxil olan məlumata görə, hadisə Novxanı qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbədə Goradil qəsəbə sakini Pərviz Həsənov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən qəsəbə sakini Sabir Cəlilovu vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti