...

Bakıda avtobus qəzasında yaralananlardan xəbər var

Hadisə Materials 17 Noyabr 2015 13:46 (UTC +04:00)
Bakıda baş vermiş avtobus qəzasında yaralanan 7 nəfərdən 5-i Kliniki Tibbi Mərkəzdə yerləşdirilib.
Bakıda avtobus qəzasında yaralananlardan xəbər var

Bakı. Elmir Murad - Trend:

Bakıda baş vermiş avtobus qəzasında yaralanan 7 nəfərdən 5-i Kliniki Tibbi Mərkəzdə yerləşdirilib.

Bunu Trend-ə Səbail rayon 33 saylı şəhər poliklinikasından bidiriblər. Poliklinikadan verilən məlumata görə, yaralananların 2-nin vəziyyəti qənaətbəxş olduğundan onlara ilkin yardım göstərildikdən sonra evə buraxılıblar: "Qalan 5 nəfərlə bağlı poliklinikamızın həkimləri Kliniki Tibbi Mərkəzlə əlaqə saxlayıb səhhəti ilə maraqlanırlar".

Qeyd edək ki, dünən Salyan şossesi, 20-ci sahə dairəsi yaxınlığında "BakuBus" MMC-yə məxsus 6 saylı marşrut üzrə hərəkət edən avtobus divara çırpılıb. Qəza nəticəsində 7 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti