...

Məhkuma "mobil üzqırxan köpük" gətirdilər (FOTO)

Hadisə Materials 16 Fevral 2016 15:28 (UTC +04:00)
3 saylı İstintaq təcridxanasına mobil telefon keçirmək cəhdinin qarşısı alınıb.
Məhkuma "mobil üzqırxan köpük" gətirdilər (FOTO)

Bakı. Trend:

3 saylı İstintaq təcridxanasına mobil telefon keçirmək cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmətin əməkdaşları tərəfindən həyata keçirilən axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1.2, 264-cü maddələrinə əsasən həbs olunmuş şəxs Həsənov Camaləddin Teyyub oğlunun qohumu, Zərdab rayon sakini vətəndaş Salikov Əlrza Sərkar oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman "Arko Men" üzqırxan köpüyünün içərisindən xüsusi üsulla gizlədilmiş 1 ədəd qara rəngli "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Toplanmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti