...

Aeroport yolundakı qəzada yaralananlardan 21 nəfər xəstəxanaya yerləşdirilib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 4 Mart 2016 18:49 (UTC +04:00)
Suraxanı rayonu ərazisində ağır yol qəzası nəticəsində xəsarət alanların sayı artıb.
Aeroport yolundakı qəzada yaralananlardan 21 nəfər xəstəxanaya yerləşdirilib (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 18:29-da yayılıb)

Bakı. Samir Əli - Trend:

Suraxanı rayonu ərazisində ağır yol qəzası nəticəsində xəsarət alanların sayı artıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilənlərin sayı 21 nəfərə çatıb.

Hazırda hadisə yerində təcili tibbi yardım briqadaları işləyir.

X X X

18:29

Suraxanı rayonu ərazisində marşrut avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alanlardan 6 nəfər 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hazırda xəstəxanaya yerləşdirilənlərdən 3 nəfərin vəziyyəti ağır olaraq qalır. Hadisə nəticəsində xəsarət alan 5 nəfər isə vəziyyəti ağır olmadığından hadisə yerində ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

3 saylı şəhər Klinik Xəstəxanasından Trend-ə bildiriblər ki, yaralılardan ikisi təcili əməliyyata götürülüb. Qalan 4 nəfər yaralı isə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Xatırladaq ki, hadisə Bakının Suraxanı rayonu ərazisində aeroport yolunda baş verib. 160 saylı marşrut avtobusun "VAZ 2109" markalı avtomobil və daha bir neçə maşınla toqquşması nəticəsində avtobus aşıb.

Nəticədə 11 nəfər xəsarət alıb. Faktla bağlı hadisə yerində araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti