...

Gömrükdən narkotik keçirməyin "yeni üsulu" (FOTO)

Hadisə Materials 11 Aprel 2016 15:35 (UTC +04:00)
Ayaqqabının dabanlarında heroin aşkar edildi.
Gömrükdən narkotik keçirməyin "yeni üsulu" (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində narkotik vasitə aşkar edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həmin vətəndaşın ayaqqabısı rentgen qurğusunda yoxlanılarkən monitorda ayaqqabının hər bir tayının dabanında şübhəli predmetin təsviri görünüb. Təkrar baxış zamanı ayaqqabının dabanlarının sonradan oyularaq hazırlanmış oyuqlarında cəmi 2 ədəd bükümdə, ümumi xalis çəkisi 91,396 qram olan narkotik vasitə - heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti