Bakı. Trend:
Nardaran sakini silahı könüllü təhvil verib. Belə ki, Trend-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sabunçu RPİ 42-ci PB əməkdaşlarının Nardaran qəsəbə sakini İmran İmamverdiyevlə apardıqları profilaktiki söhbətdən sonra o, evində saxladığı "AKM" markalı silahı könüllü olaraq polisə təhvil verib.