...

Zaqatalada ağır yol qəzası: 1 ölü, 6 yaralı

Hadisə Materials 9 İyun 2016 19:09 (UTC +04:00)
Bu gün Zaqatalada ağır yol qəzası baş verib.
Zaqatalada ağır yol qəzası: 1 ölü, 6 yaralı

Bakı. Trend:

Bu gün Zaqatalada ağır yol qəzası baş verib.

Trend Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, hadisə bu gün saat 16:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəki rayon sakini Mayis Sadiqov idarə etdiyi "Mersedes" markalı 10 UE 011 dövlət nömrə nişanlı minik avtomobili ilə Şəki istiqamətində hərəkətdə olarkən qarşıdan gələn Zaqatala rayon Qımır kənd sakini 1991-ci il təvəllüdlü İntiqam Allahverdi oğlu Bəkirovun idarə etdiyi "VAZ 21 06" markalı 62 BX 076 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Nəticədə "VAZ 21 06" markalı avtomobildəki sərnişin Zaqatala rayon Qazangül qəsəbə sakini 83 yaşlı Pərixan Hacıyeva aldığı ağır xəsarətlə hadisə yerindəcə dünyasını dəyişib.

Avtomobilin sürücüsü İntiqam Bəkirov və digər sərnişinlər Qazangül qəsəbə sakinləri 1976-cı il təvəllüdlü Sevil Aslan qızı Hacıyeva, 1996-ci il təvəllüdlü Zöhrə Nəzir qızı Hacıyeva və 2003- cü il təvəllüdlü Abdurrahman Nəzir oğlu Hacıyev, Mersedes markalı avtomobildə olan sərnişinlər Şəki rayon sakinləri 1964-cü il təvəllüdlü Mədinə Abdulla qızı Mustafayeva və 1993-cü il təvəllüdlü Gülnar Mayis qızı Sadiqova isə aldıqları müxtəlif bədən xəsarətləri ilə Zaqatala rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Hazırda yaralıların müayinə və müalicəsi davam etdirilir.

Qeyd edək ki, "VAZ 21 06" markalı avtomobildə vəfat edən və yaralananlar bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti