...

Azyaşlıya xəsarət yetirən oğru evdən 10 min pul və qızıl apardı (FOTO/VİDEO)

Hadisə Materials 17 Sentyabr 2016 15:04 (UTC +04:00)
Şirvan polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən şəhər sakini, 24 yaşlı Kamran Babayev saxlanılıb.
Azyaşlıya xəsarət yetirən oğru evdən 10 min pul və qızıl apardı (FOTO/VİDEO)

Bakı. Trend:

Şirvan polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən şəhər sakini, 24 yaşlı Kamran Babayev saxlanılıb.

Trend Region TV-yə istinadən xəbər verir ki, K.Babayev Şirvan şəhəri, Təbriz küçəsi, 20 ünvanında yerləşən mənzilə basqın edərək, evdəki azyaşlıya xəsarət yetirib, oradan 10 min manat nağd pul və min manat dəyərində qızıl-zinət əşyaları götürüb.

Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. Onun barəsində Şirvan şəhər məhkəməsi tərəfindən həbs-qətimkan tədbirinin seçilməsi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti