...

Samuxda yanğın baş verib

Hadisə Materials 18 Sentyabr 2016 19:02 (UTC +04:00)

Bakı. Trend:

Samux rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Samux rayonunda vətəndaşa məxsus pambıq emalı sexinin ərazisində ümumi çəkisi 2 ton olan pambıq tayasının 300 kq-ı yanıb.

Tayanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 16:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti