...

Gömrükçülər 16 ədəd mobil telefon müsadirə ediblər

Hadisə Materials 23 Sentyabr 2016 10:29 (UTC +04:00)
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstan istiqamətindən İdarənin “Sınıq Körpü” gömrük postunun ərazisinə daxil olan minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.
Gömrükçülər 16 ədəd mobil telefon müsadirə ediblər

Bakı. Trend:

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstan istiqamətindən İdarənin “Sınıq Körpü” gömrük postunun ərazisinə daxil olan minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı Azərbaycan vətəndaşının idarə etdiyi həmin avtomobilin oturacaqlarının üzərindəki geyim əşyalarının ciblərindən əvvəlcədən gömrük orqanına bəyan olunmayan və gömrük nəzarətindən gizlədilən, üzərində “İ Phone” yazısı olan16 ədəd mobil telefon, 11 ədəd mobil telefon qutusu, 11 ədəd adapter və 11 ədəd qulaqcıq aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti