...

DİN: Ticarət mərkəzində dini təyinatlı ədəbiyyat və texnika müsadirə edildi

Hadisə Materials 21 Oktyabr 2016 11:51 (UTC +04:00)
Qaradağ rayonunun ərazisində ticarət mərkəzindəki 5 mağazadan satışına razılıq verilməmiş və nəzarət markası ilə markalanmamış 287 ədəd dini təyinatlı ədəbiyyat, 7 ədəd CD və DVD aşkar edilərək götürülüb.
DİN: Ticarət mərkəzində dini təyinatlı ədəbiyyat və texnika müsadirə edildi

Bakı. Trend:

Qaradağ rayonunun ərazisində ticarət mərkəzindəki 5 mağazadan satışına razılıq verilməmiş və nəzarət markası ilə markalanmamış 287 ədəd dini təyinatlı ədəbiyyat, 7 ədəd CD və DVD aşkar edilərək götürülüb.

DİN-dən Trend-ə verilən məlumata görə, Daxili İşlər Nazirliyi (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları tərəfindən oktyabrın 20-də Qaradağ rayonunun ərazisində yerləşən ticarət mərkəzindəki 5 (beş) mağazadan satışına razılıq verilməmiş və nəzarət markası ilə markalanmamış 287 ədəd dini təyinatlı ədəbiyyat, 7 ədəd CD və DVD aşkar edilərək götürülüb.

Dini ədəbiyyatla bağlı monitorinqin nəticələri açıqlandı  (FOTO)

Dini ədəbiyyatla bağlı monitorinqin nəticələri açıqlandı (FOTO)

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 516.0.2-ci maddəsi ilə inzibati protokol tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti