Bakı. Trend:
Bakıda 2 ədəd “SUPERMAZ" markalı yük avtomobili yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Nərimanov rayonunda vətəndaşa məxsus 2 ədəd “SUPERMAZ" markalı yük avtomobillərinin kabinə və mühərrik hissələri yanıb.
Avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.
Yanğın saat 18.53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.