Bakı. Trend:
Bakı sakinlərindən 30 kq-a yaxın marixuana götürülüb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Nəzərovdan 19 kiloqram 470,278 qram narkotik vasitə - marixuana götürülüb.
Bundan başqa, Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Musayevdən 10 kiloqram 70 qram marixuana götürülüb.