...

Paytaxtda yolu keçən piyadaları avtomobil vurdu - 3 ölü

Hadisə Materials 21 Yanvar 2017 13:37 (UTC +04:00)
Bakının Xəzər rayonunun Qala qəsəbəsində yol qəzası baş verib.
Paytaxtda yolu keçən piyadaları avtomobil vurdu - 3 ölü

Bakı. Trend:

Bakının Xəzər rayonunun Qala qəsəbəsində yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qala qəsəbəsində Bakı şəhər sakini Ədalət Abdullayev idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən qəsəbə sakini Əsmər Əliyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Nərimanov rayonunun Z.Bünyadov prospektində də baş verən qəzada piyada ölüb.

Masallı rayon sakini Ceyhun Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Ağdam rayon sakini Oqtay Gülmalıyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Digər bir qəza isə Ramana qəsəbəsində olub. Bakı şəhər sakini Namiq Ələsgərov idarə etdiyi "Renault" markalı avtomobillə yolu keçən qəsəbə sakini Şəfa Səmədovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Yol qəzaları polis tərəfindən araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti