Bakı. Trend:
Qazaxda yol qəzası qeydə alınıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, rayonun Xanlıqlar kəndində vətəndaşlara məxsus "Mercedes" və "VAZ" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol nəqliyyat qəzası baş verib.
Hadisə nəticəsində “VAZ” markalı minik avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyatı verilib.
Əməliyyat saat 19:25-də başa çatıb.