...

Ağdaşda yanğın - 1 ölü

Hadisə Materials 1 Fevral 2017 17:45 (UTC +04:00)
Ağdaş rayonunda yaşayış evinin yanması nəticəsində 89 yaşlı ev sahibi ölüb.
Ağdaşda yanğın - 1 ölü

Bakı. Trend:

Ağdaş rayonunda yaşayış evinin yanması nəticəsində 89 yaşlı ev sahibi ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Qarağan Sədi kəndində vətəndaşa məxsus ümumi sahəsi 86 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və dam örtüyü 44 kv.m sahədə yanıb.

Yanğın zamanı ev sahibi, 1928-ci il təvəlüdlü Mustafayev Səfər Mustafa oğlunun cəsədi yanğınsöndürənlər tərəfindən aşkarlanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti