...

MTN əməkdaşı adı ilə 1 milyon manat dələduzluq edən qadıının məhkəməsi davam etdirilib

Hadisə Materials 29 İyun 2017 15:39 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1 milyon manat dələduzluqda təqsirləndirilən Aygün Akimova və İlham Baxışovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
MTN əməkdaşı adı ilə 1 milyon manat dələduzluq edən qadıının məhkəməsi davam etdirilib

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1 milyon manat dələduzluqda təqsirləndirilən Aygün Akimova və İlham Baxışovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Gülnarə Cəfərova bildirib ki, zərərçəkmiş Afət Hüseynovanın dükanında satıcı işləyərkən A. Akimova ora tez-tez gələrək geyimlər alıb: "Sonradan müdirlə Aygünün münasibəti daha da yaxşılaşdı. Müdir səfərə gedəndə bizə tapşırdı ki, hər şeyi Aygün Akimovaya etibar edə bilərsiniz. Bir dəfə Afət xanım səfərdə olanda dükandan pul oğurlandı. Biz bu məsələni Aygün Akimovaya deyəndə, o bildirdi ki, pul tapılmasa hamı öz əvəzindən pul qoymalıdır. Mənsə buna etiraz edib bildirdim ki, pulu mən oğurlamamışamsa, nəyə görə pul verməliyəm? Buna görə işdən çıxmışam".

Digər şahid Ceyran Əzizova deyib ki, A. Akimova ona10 min manat borca pul verib. Ancaq heç bir gün keçmədən, pulunu geri istəyib. Sonradan məlum olub ki, bu pullar zərərçəkmiş Elçin adlı şəxsə məxsusdur.

Proses iyulun 13-də davam etdiriləcək.

İttihama görə, A. Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti, vəzifəli şəxs kimi tanıtmaqla dələduzluq edib.

Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti