...

Abşeronda ölümlə nəticələnən yol qəzası olub

Hadisə Materials 2 Avqust 2017 12:56 (UTC +04:00)
Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Abşeronda ölümlə nəticələnən yol qəzası olub

Bakı. Trend:

Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilir ki, bu gün saat 1.00 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində Saatlı rayon sakini Ellər Fərəcov idarə etdiyi “QAZ-33021” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub.

Həmin şəxs xəstəxanaya aparılarkən yolda ölüb. DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti