...

Ağstafada xeyli sayda silah-sursat tapıldı

Hadisə Materials 16 Avqust 2017 14:30 (UTC +04:00)
Ağstafa rayonu ərazisindən silah-sursat aşkarlanıb.
Ağstafada xeyli sayda silah-sursat tapıldı

Bakı. Trend:

Ağstafa rayonu ərazisindən silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları və Ağstafa RPŞ-nin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki Ceyrançöl adlanan ərazidən “Siqnal” markalı tapança, idman tapançası, kustar üsulla hazırlanmış “Naqan” tipli silah, 6 ədəd patron darağı, 1 ədəd iri çaplı silahların nizamlanmasında istifadə olunan dəzgah, ov silahının qundağı, 129 ədəd avtomat patronu və 17 ədəd boş giliz aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti