...

Nigeriyada PARTLAYIŞ - 15 ölü, 40 yaralı

Hadisə Materials 18 Sentyabr 2017 17:07 (UTC +04:00)
Nigeriyanın şimal-şərqindəki Borno ştatında törədilmiş partlayış nəticəsində azı 15 nəfər həlak olub, 40-dan çox adam yaralanıb
Nigeriyada PARTLAYIŞ - 15 ölü, 40 yaralı

Bakı. Trend:

Nigeriyanın şimal-şərqindəki Borno ştatında törədilmiş partlayış nəticəsində azı 15 nəfər həlak olub, 40-dan çox adam yaralanıb.

Trend-in məlumatına görə, partlayış iki kamikadzenin özünü partlatması ilə baş verib.

Məlumata görə, hadisə məcburi köçkünlərin məskunlaşdığı düşərglərin birində baş verib.

Həmin hadisədən dərhal sonra isə digər partlayışın baş verməsi barədə xəbər yayılıb. Xoşbəxtlikdən bu hadisə nəticəsində xəsarət alan olmayıb.

Xəbər lenti

Xəbər lenti