...

Şamaxıda dağda qalmış xarici vətəndaşların yeri müəyyən olunub (YENİLƏNİB)

Hadisə Materials 3 Oktyabr 2017 16:27 (UTC +04:00)
Şamaxıda dağlıq ərazidə qalmış xarici vətəndaşların yeri müəyyən olunub.
Şamaxıda dağda qalmış xarici vətəndaşların yeri müəyyən olunub (YENİLƏNİB)

Bakı. Trend:

Şamaxıda dağlıq ərazidə qalmış xarici vətəndaşların yeri müəyyən olunub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə qalmış xarici vətəndaşların yeri FHN-nin helikopteri tərəfindən müəyyən olunub.

Turistlərin sağlamlığı üçün təhlükə yoxdur. Onlar helikopter vasitəsilə təxliyə olunmaqdan imtina ediblər. Hazırda Mülki müdafiə qoşunlarının qüvvələri vətəndaşlara müvafiq köməklik göstərmək üçün həmin yerə doğru hərəkət edirlər. Əlavə məlumat veriləcək.

x x x

Şamaxıda əcnəbilərin axtarışlarına FHN-nin "Ka-32A" helikopteri cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə qalmış xarici vətəndaşların xilas olunması üçün FHN tərəfindən operativ və təxirəsalınmaz tədbirlər görülür.

Bildirilir ki, bir qədər əvvəl Nazirliyin Aviasiya dəstəsinin "Ka-32A" helikopteri turistlərin axtarışlarına cəlb olunub. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycanda dağlıq ərazidə avtomobildə köməksiz qalan əcnəbilər axtarılır.

Azərbaycan Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən Trend-ə bildirilib ki, bu gün saat 06:48 radələrində Amerika Birləşmiş Ştatlarının 911 çağrı mərkəzindən Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə Şamaxı rayonunda dağlıq ərazidə bir gümüş və bir qara "Nissan Patrol" markalı avtomobilində qalan xarici vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Yardıma ehtiyacı olan şəxslər və onların yerləşdiyi ərazinin koordinatları dərhal Fövqəladə Hallar Nazirliyinin 112 zəng mərkəzinə ötürülüb. Hazırda mümkün vasitəslərlə axtarış-xilasetmə əməliyyatları həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti