...

Avtomobildə gizlədilən telefonlar gömrükdə müsadirə olundu

Hadisə Materials 14 Oktyabr 2017 13:57 (UTC +04:00)
Gömrükdə avtomobilin salonunda gizlədilən 15 ədəd mobil telefon aşkarlanıb.
Avtomobildə gizlədilən telefonlar gömrükdə müsadirə olundu

Bakı. Trend:

Gömrükdə avtomobilin salonunda gizlədilən 15 ədəd mobil telefon aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarina qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Lada Priora" markalı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda gizlədilmiş 6 ədəd "Samsung Galaxy J3 Pro 2017", 6 ədəd "Samsung Galaxy Grand Prime", 2 ədəd " Samsung Galaxy J5 Pro 2017", 1 ədəd " Samsung Galaxy J5 2017" markalı mobil telefonlar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti