...

"VAZ" "KamAZ"la toqquşub - yaralı var

Hadisə Materials 16 Noyabr 2017 10:21 (UTC +04:00)
Kürdəmir rayonunda ağır yol qəzası olub.
"VAZ" "KamAZ"la toqquşub - yaralı var

Bakı. Trend:

Kürdəmir rayonunda ağır yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kürdəmir rayonu ərazisində “VAZ“ markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri qəzada yaralanmış “VAZ“ markalı minik avtomobilinin sürücüsünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti