...

İlan sancmalar artıb - Bu il 104 nəfər sancılıb

Hadisə Materials 15 Dekabr 2017 12:38 (UTC +04:00)
Azərbaycanda ilan sancmalar artıb.
İlan sancmalar artıb - Bu il 104 nəfər sancılıb

Bakı. Samir Əli - Trend:

Azərbaycanda ilan sancmalar artıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlanmasında Səhiyyə Nazirliyinin baş taksikoloqu Azər Maqsudov deyib.

Baş taksikoloqun sözlərinə görə, bu il 104 nəfər ilan sancması ilə Kliniki Tibbi Mərkəzin Taksikologiya şöbəsinə müraciət edib.

A.Maqsudov əlavə edib: "Ötən il isə ilan sancması ilə bizə 90 müraciət daxil olub. Müraciət edənlərdən ölən olmayıb".

Xəbər lenti

Xəbər lenti