...

Cəzaçəkmə müəssisəsinə şorun içində psixotrop maddə keçirmək istədi

Hadisə Materials 21 Dekabr 2017 19:26 (UTC +04:00)
15 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Cəzaçəkmə müəssisəsinə şorun içində psixotrop maddə keçirmək istədi

Bakı. Trend:

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətdən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinə əsasən təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Məmmədov Vüsal Əlövsət oğlunun yanına qısa müddətli görüşə gəlmiş qohumu Qaniyev Bayram Məmmədağa oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman 400 qr həcmində üzərində “İvanovka şor” yazılmış plastik qabda olan şorun içərisinə tramodol preparatının qatışdırılması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti