...

Şəmkirdə güllələnən şəxs KİMDİR? (YENİLƏNİB)

Hadisə Materials 17 Yanvar 2018 14:51 (UTC +04:00)
Şəmkir rayonunda güllələnən şəxsin şəxsiyyəti məlum olub
Şəmkirdə güllələnən şəxs KİMDİR? (YENİLƏNİB)

Bakı. Samir Əli - Trend:

Şəmkir rayonunda güllələnən şəxsin kimliyi müəyyənləşdirilib.

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, rayon ərazisində güllələnən şəxs 1991-ci il təvəllüdlü Mircəlal Mehdiyev Əziz oğludur.

O, rayon ərazisindəki bazarda ticarətlə məşğul olub. M.Hüseynov şəxsi münaqişə zəminində tanışı ilə mübahisə edib. Mübahisə nəticəsində tanışı ona odlu silahdan atəş açıb. Nəticədə M.Mehdiyev ayağından güllə yarası alıb. Yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırmalar başlanıb. M.Hüseynovu güllələyən şəxs müəyyən edilib və onun tutulması istiqamətində tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti