...

"Şərq əjdahası" Cenevrə aeroportunu da bağladı

Hadisə Materials 1 Mart 2018 11:43 (UTC +04:00)
İsveçrədə kəskin hava şəraiti ilə əlaqədar Cenevrə beynəlxalq hava limanı bağlanıb.
"Şərq əjdahası" Cenevrə aeroportunu da bağladı

Bakı. Trend:

İsveçrədə kəskin hava şəraiti ilə əlaqədar Cenevrə beynəlxalq hava limanı bağlanıb.

Trend-in məlumatına görə, "Şərq əjdahası" siklonu İsveçrədə də fəsadlara səbəb olub.

Qeyd olunur ki, Cenevrə hava limanı növbəti elanadək bağlı qalacaq. Aeroport rəhbərliyi sərnişinləri hava limanına gəlməməyə, reyslərlə bağlı məlumatı dəqiqləşdirməyə çağırıb.

Cenevrədə son sutka ərzində 3 santimetr hündürlüyündə qar yağıb. Şəhərin əsas yolları qarla örtüldüyü üçün nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti