...

İrandan Azərbaycana qanunsuz psixotrop maddə keçirilməsinin qarşısı alınıb

Hadisə Materials 15 Mart 2018 11:52 (UTC +04:00)
Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.
İrandan Azərbaycana qanunsuz psixotrop maddə keçirilməsinin qarşısı alınıb

Bakı. Trend:

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.

DGK-dan Trend-ə verilən məlumata görə, vətəndaşın üzərində şəxsi yoxlama zamanı onun daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından o, gömrük əməkdaşlarının müşayiəti ilə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi müayinə nəticəsində vətəndaşın düz bağırsağında bir ədəd bağlamada, xalis çəkisi 12,034 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti