Bakı. Trend:
Bakıda səhər saatlarında yanğın faktı qeydə alınıb.
Trend-ə FHN-dən verilən məlumata görə, şəhərin Sabunçu rayonunda ümumi sahəsi 80 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, bitişik tikilmiş ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin hamamının tavanı 2 m2 sahədə yanmış, yüksək temperaturdan hamamın plastik qapısı əriyib.
Məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.