...

Qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində 15 əcnəbi saxlanılıb

Hadisə Materials 29 Mart 2018 10:59 (UTC +04:00)
Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mü­ba­ri­zə çər­çi­və­­sində tədbirləri da­vam etdirir.
Qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində 15 əcnəbi saxlanılıb

Bakı. Trend:

Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mü­ba­ri­zə çər­çi­və­­sində tədbirləri da­vam etdirir.

Xidmətdən Trend-ə verilən məlumata görə, qanunsuz miqrasiyaya qarşı keçirilən təd­bir­lər za­ma­nı 14 nə­fər Hindistan və 1 nəfər Banqladeş və­­tən­da­şı olmaqla, ümumilikdə 15 əcnəbi sax­­­la­nıl­ıb.

Araşdırma zamanı Hindistan vətəndaşlarından 6 nəfərin Azərbaycan əra­zi­sin­də olma və yaşama qay­da­larını poz­duğu və 8 nəfərin ölkəyə gəlişinin bəyan edil­miş məqsədinə əməl etmədiyi məlum olub.

Saxlanılmış və ölkə ərazisində qanunsuz yaşayan Banq­la­deş vətən­daşı Abir Mirzanur Rahmanın müəyyən məbləğdə ödəniş qar­­şı­lığında saxta müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əldə etməyə ça­lışdığı məlum olub. Belə ki, Dövlət Miqrasiya Xidməti tərəfindən Rusiya Federasiyasının az­yaş­lı vətəndaşının adına verilmiş vəsiqənin elektron nüsxəsi üzərində mə­lu­­mat­lar dəyişdirilərək A.M.Rahmanın adına sax­ta­laş­dı­rılıb. Əcnəbi hə­min vəsiqənin Azərbaycan vətəndaşı Yu­subov Tərlan Tofik oğ­lu tərəfindən hazırlandığını bildirib.

Bundan əlavə, Azərbaycana işləmək adı altında aldadılaraq gətirilmiş və keçirilmiş tədbirlər zamanı saxlanılmış daha 4 nəfər Hindistan və­tən­da­şı­­nın sahibkarlıq fəaliyyəti adı altında pərdələndiyi, lakin heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmadıqları məlum olub. Bu şəxslərdən bəzilərinin Azərbaycana gə­­tirilmələrini, burada yerləşdirilmələrini Azər­bay­canda daimi yaşayan Pakistan İslam Respubli­ka­sı­nın və­tən­da­şı Mu­ham­mad Nasirin təşkil etdiyi və onun müəyyən məb­ləğdə ödəniş qar­şı­lı­ğın­da həmin əcnəbiləri qa­nun­suz yollarla leqal­laş­dı­rmağa çalışdığı aşakar edilib.

Göstərilən hər iki faktla bağlı müvafiq tədbirlər görülməsi üçün materiallar aidiyyəti orqanlara göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti