Bakı. Trend:
Şabranda yanğın qeydə alınıb.
Trend-in FHN-in saytına istinadən verdiyi məlumata əsasən, Şabran rayonunun Uzunboyad kəndində ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 100 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.