...

İtaliyada terror aktı hazırlayan miqrant tutuldu

Hadisə Materials 26 Aprel 2018 13:08 (UTC +04:00)
İtaliyanın Neapol şəhərində uğurlu aniterror əməliyyat keçirilib.
İtaliyada terror aktı hazırlayan miqrant tutuldu

Bakı. Trend:

İtaliyanın Neapol şəhərində uğurlu aniterror əməliyyat keçirilib. Trend-in məlumatına görə, əməliyyat Neapol prokurorluğunun təlimatı əsasında aparılıb.

Əməliyyat nəticəsində terror aktının hazırlanmasında şübhəli bilinən Qambiya vətəndaşı saxlanılıb.

Məlumata görə, saxlanan Qambiya vətəndaşı İtaliya vətəndaşlığını almaq üçün müraciət edibmiş.

Əməliyyatın təfərrüatları barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti