...

Bakıda ”Hyundai” yol ayrıcısına çırpılıb, ölən var

Hadisə Materials 27 Aprel 2018 01:02 (UTC +04:00)
Bakıda ”Hyundai” yol ayrıcısına çırpılıb
Bakıda ”Hyundai” yol ayrıcısına çırpılıb, ölən var

Bakı. Trend:

Bakıda ”Hyundai” yol ayrıcısına çırpılıb.

FHN-dən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonu ərazisində ”Hyundai” markalı minik avtomobili yol ayrıcısına çırpılıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Avtomobildə sıxılmış vəziyyətdə qalmış 1958-ci il təvəllüdlü Abıyeva Ağgül Şahverdi qızının cəsədi xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

Xəbər lenti

Xəbər lenti