Bakı. Trend:
Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Trend-ə verilən məlumata görə, aprelin 26-da saat 20 radələrində Yasamal rayonu ərazisində Füzuli rayon sakini Kərəm Əliyev idarə etdiyi “Hyundai” markalı avtomobili yol ayırıcısına vurub.
Nəticədə K.Əliyevin sərnişini - arvadı Ağgül hadisə yerində ölüb.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.