...

Şamaxı ağır yol qəzası: "Qazel" və "VAZ" toqquşdu

Hadisə Materials 17 İyun 2018 10:14 (UTC +04:00)
Şamaxıda "Qazel"lə "VAZ" toqquşub.
Şamaxı ağır yol qəzası: "Qazel" və "VAZ" toqquşdu

Bakı. Trend:

Şamaxıda "Qazel"lə "VAZ" toqquşub.

FHN-dən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonunda “Qazel” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxışmış vəziyyətdə qalmış sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti