...

Ağır qəza ilə əlaqədar Binə qəsəbəsinə gedən yol bağlanıb

Hadisə Materials 1 Oktyabr 2018 16:22 (UTC +04:00)
Ağır qəza ilə əlaqədar Binə qəsəbəsinə gedən yol bağlanıb.
Ağır qəza ilə əlaqədar Binə qəsəbəsinə gedən yol bağlanıb

Bakı. Ceyhun Ələkbərov - Trend:

Heydər Əliyev Beynəlxalq Hava Limanı şosesindən Binə qəsəbəsinə aparan yol bağlanıb.

Trend-in məlumatına görə, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində ağır yol qəzası ilə əlaqədar Əli İsazadə küçəsi bağlanıb.

Hazırda 160 saylı marşrut xətti ilə hərəkət edən avtobusun qatarla toqquşduğu ərazidə araşdırma aparılır.

Qeyd edək ki, bu gün təxminən 14.35 radələrində 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "10-TG-106" dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Qəza həmin ərazidəki qorunan dəmiryolu keçidində baş verib. Hadisə nəticəsində 13 yaşlı məktəbli ölüb, 27 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti