...

Bir həftəyə 11 tondan çox narkotik vasitə və psixotrop dərman aşkarlanıb

Hadisə Materials 10 Oktyabr 2018 15:26 (UTC +04:00)
İranda ötən həftə 11 ton 211 kiloqram narkotik vasitələr və psixotrop dərmanlar aşkarlanıb.
Bir həftəyə 11 tondan çox narkotik vasitə və psixotrop dərman aşkarlanıb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən həftə 11 ton 211 kiloqram narkotik vasitələr və psixotrop dərmanlar aşkarlanıb. Trend-in məlumatına görə, bu statistik göstəricini İranın Narkotik Maddələrlə Mübarizə Komitəsinin Baş katibinin müavini Əsədulla Hadinejad səsləndirib.

Onun sözlərinə görə, aşkarlanan əsas narkotik vasitə tiryəkdir və ümumilikdə onun 70%-ni təşkil edir.

Ə.Hadinejad bu müddət ərzində 147 avtomobil, 27 motosiklet, 9 ədəd silah və 19 mobil telefonun aşkar edilərək götürüldüyünü deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti