...

Gədəbəy sakinini naməlum avtomobil vurub öldürdü, sürücü qaçdı

Hadisə Materials 2 Noyabr 2018 19:28 (UTC +04:00)
Şəmkirdə piyadanı vurub öldürən naməlum avtomobil hadisə yerindən qaçıb.
Gədəbəy sakinini naməlum avtomobil vurub öldürdü, sürücü qaçdı

Bakı. Samir Əli - Trend:

Şəmkirdə piyadanı vurub öldürən naməlum avtomobil hadisə yerindən qaçıb.

Trend-in məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 394-cü kilometrliyində, Şəmkir rayonunun Muxtariyyət kəndindən keçən hissəsində baş verib.

Həmin ərazidə yolu keçən Gədəbəy rayon sakini, 1978-ci il təvəllüdlü Səfərov Zahir İbrahim oğlunu naməlum avtomobil vuraraq qaçıb.

Z.Səfərov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti