...

Bakıda maşın qaçıranlar saxlanıldı

Hadisə Materials 2 Noyabr 2018 11:33 (UTC +04:00)

Bakı. Trend:

Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini H.Quliyev “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN-dən Trend-ə verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində “Mercedes” Binəqədi qəsəbəsi ərazisində üzərinə başqa avtomobilə məxsus dövlət qeydiyyat nişanları taxılmış və yük yeri əzilmiş vəziyyətdə tapılıb. Araşdırmalar zamanı həmin dövlət qeydiyyat nişanlarının “QAZ-5312” markalı avtomobilin üzərindən oğurlandığı da müəyyən edilib.

Görülmüş tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Azər İbrahimov və Seymur Paşayev polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti