...

Suraxanıda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib

Hadisə Materials 23 Noyabr 2018 03:44 (UTC +04:00)
Bakı şəhərinin Suraxanı rayonunda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib
Suraxanıda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib

Bakı. Tural Turan - Trend:

Bakı şəhərinin Suraxanı rayonunda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, 1 nəfər azyaşlı giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin edib.

Əməliyyat başa çatıb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti