...

Salyanda “KamAZ”la toqquşan avtomobilin sürücüsü öldü

Hadisə Materials 4 Yanvar 2019 14:36 (UTC +04:00)
Salyan rayonunun Kürqaraqaşlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Salyanda “KamAZ”la toqquşan avtomobilin sürücüsü öldü

Bakı. Trend:

Salyan rayonunun Kürqaraqaşlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, yanvarın 3-də saat 17 radələrində Salyan rayonunun Kürqaraqaşlı kəndi ərazisində Salyan şəhər sakini Seyidabdulla Ağalarovun idarə etdiyi “BMW” və Aşağı Surra kənd sakini İlham Rəhmanovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.

Nəticədə “BMW”nin sürücüsü xəstəxanaya aparılarkən yolda ölüb.

Salyan RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti