...

Bakıda ağır yol qəzası baş verib, ölənlər var

Hadisə Materials 13 Yanvar 2019 18:06 (UTC +04:00)
Bakıda ağır yol qəzası baş verib
Bakıda ağır yol qəzası baş verib, ölənlər var

Bakı. Trend:

Bakıda ağır yol qəzası baş verib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhərinin Qaradağ rayonunda “Daewoo” markalı minik avtomobili və "KamAZ" markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü 1957-ci il təvəllüdlü Qəniyev İsrail Əvəz oğlunun və 1 nəfər sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti