...

İrandan Azərbaycana narkotik və psixotrop maddə keçirmək istəyən şəxslər saxlanılıb (FOTO/VİDEO)

Hadisə Materials 23 Yanvar 2019 13:43 (UTC +04:00)
Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan Respublikasının vətəndaşları Vəliyev Ramid Ənvər oğlu və Fərəcov Surxay Təşər oğlu saxlanılıb və yoxlama aparılıb.
İrandan Azərbaycana narkotik və psixotrop maddə keçirmək istəyən şəxslər saxlanılıb (FOTO/VİDEO)

Bakı. Trend:

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan Respublikasının vətəndaşları Vəliyev Ramid Ənvər oğlu və Fərəcov Surxay Təşər oğlu saxlanılıb və yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Vəliyev Ramid Ənvər oğlunun əl yüklərinə rentgen aparatıyla baxış zamanı monitorda şübhəli predmetlərin təsviri görünüb.

O, əl yüklərində gömrük nəzarətindən gizlədilən, gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin, o cümlədən psixotrop maddə və narkotik vasitələrin olmadığını, ev üçün ərzaq malları və yuyucu vasitələri olduğunu bildirib. Daha sonra əl yüklərinə baxış keçirilib. Baxış zamanı 1 ədəd qara sellofan torbada, üzərində "Soflan" yazısı olan 3 ədəd yuyucu toz qutularının içərisindən cəmi 4 ədəd sellofan bağlama müəyyən edilib. 3 ədəd bağlamada qablaşdırılması ilə birgə çəkisi 2005 qram olan, açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, 1 bağlamada isə qablaşdırılması ilə birgə çəkisi 100 qram olan ağ, xırda kristal halda psixotrop maddə - metamfetamin aşkarlanıb.

Qeyd edək ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti