...

Biləsuvarda 3 nəfərin ölümünə səbəb olan yol qəzası ilə bağlı RƏSMİ

Hadisə Materials 28 Yanvar 2019 13:41 (UTC +04:00)
Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Biləsuvarda 3 nəfərin ölümünə səbəb olan yol qəzası ilə bağlı RƏSMİ

Bakı. Samir Əli - Trend:

Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, yanvarın 27-də saat 21 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində Bakı şəhər sakini Vəli Dəmirov idarə etdiyi “Mercedes-Vito” markalı avtomobili aşırıb.

Nəticədə V.Dəmirovun sərnişinlərindən arvadı Pircəxanım, Abşeron rayon sakini Elmira Əli və paytaxt sakini Elnarə Həşimova hadisə yerində ölüb, özü və digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti