...

Ağcabədi sakinində 2 kq-a yaxın narkotik aşkarlanıb

Hadisə Materials 2 Fevral 2019 03:36 (UTC +04:00)
Ağcabədi sakinində 2 kiloqrama yaxın narkotik aşkarlanıb
Ağcabədi sakinində 2 kq-a yaxın narkotik aşkarlanıb

Bakı. Trend:

Ağcabədi sakinində 2 kiloqrama yaxın narkotik aşkarlanıb.

DİN-dən Trend-ə verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Hindarx qəsəbə sakini X.Əsədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən çəkisi 1 kiloqram 660 qram marixuana da aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti